Almaniyanın "Bayern Münhen" klubu Danimarka millisinin üzvünü heyətinə qatmaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb" yayıb.
Xəbərə görə, Münhen təmsilçisi "Atalanta"nın 20 yaşlı hücumçusu Rasmus Höylünnun transferini reallaşdırmaq niyyətindədir. Mənbə istedadlı gənci "Yuventus"un da istədiyini, lakin "Bayern" bosslarının Höylunnu Almaniya nəhənginə aparmaq ehtimalının daha yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən ildən Danimarkanın əsas millisinə çağırılan Höylunn 4 oyuna 5 qol vurub.
Nihat