“Barselona”sının sabiq baş məşqçisi Xerardo Martino karyerasını Argentina çempionatında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Sezar Luis Merlo yayıb.
Mənbənin məlumatına görə, "Boka Xuniors" 60 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Hazırda tərəflər müqavilənin detallarını müzakirə edirlər.
Martinonun son iş yeri Meksika millisi olub. Komanda onun rəhbərliyi altında DÇ-2022-də uğursuz çıxış edərək qrupdan çıxa bilməyib.
Xerardo həmçinin "Barselona"sındakı işi ilə tanınır. Argentinalı mütəxəssis 2013-2014-cü illərdə kataloniyalıların baş məşqçisi vəzifəsində çalışıb.
Mirağa