İspaniya millisinin və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike karyerasını harada davam etdirmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Braziliya yığmasının "sükanı arxası"na keçəcəyi ilə bağlı xəbərləri yalanlayan mütəxəssisin söylədiklərini "Cadena Ser" belə çatdırıb:
"Braziliya yığması? Məncə, bu barədə danışılacaq nəsə yoxdur. Braziliyadan mənimlə əlaqə saxlayan olmayıb.
İngiltərə futbolunu hətta İspaniya futbolundan da çox izləyirəm. Əlbəttə, hansısa qeyri-müəyyənlik içərisində çabalayan kluba getmək niyyətində deyiləm. Ancaq dəqiq planları, ağlabatan inkişaf strategiyası olan İngiltərə təmsilçisində işləməyə hazıram. Belələrinin sayı isə o qədər də çox deyil. Bundan başqa, unutmayaq ki, dünyada İngiltərədə işləməyi arzulayan çox sayda səviyyəli mütəxəssis var".
Qeyd edək ki, Enrikenin adı "Çelsi", "Tottenhem" və "Mançester Siti" ilə də yanaşı çəkilir.
Nihat