"Real Madrid"in zədəli qapıçısı Tibo Kurtuadan xəbər var.
Fanat.Az-ın məlumatına görə, əzələsində problem yaranan belçikalı qolkiper əsas komanda ilə məşqlərə qoşulub.
Məlumatı "Football Espana" yayıb. Onun La Liqanın XXVII turunda "Vilyadolid"ə qarşı matçda meydana çıxacağı bildirilir.
Qeyd edək ki, sözügedən qarşılaşma 2 aprel tarixində keçiriləcək.
Röya