"Napoli"nin cənubi koreyalı müdafiəçisi Kim Min Ce karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "FourFourTwo" yayıb.
Xəbərə görə, sözügedən oyunçunun xidmətində "Liverpul" maraqlıdır. Mənbə "qırmızılar"ın bu transfer üçün Neapol klubuna 68 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. Min Cenin "Liverpul"da oynamaq variantına isti yanaşdığı və İtaliya təmsilçisinin onu bu qiymətə satmağı uyğun saydığı bildirilib.
Qeyd edək ki, hazırda 71 xalla A Seriyasının lideri olan "Napoli" Kimi ötən ilin yayında, 18 milyon avro qarşılığında "Fənərbağça"dan transfer edib.
Nihat