"Lids"in futbolçusu Ueston Makkenni "Aston Villa"nın maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Din Cons yayıb.
Ancaq İngiltərə klubu yarımmüdafiəçini birdəfəlik transfer edə bilməyəcək. Çünki Makkenni müqavilə ilə "Yuventus"a məxsusdur.
Qeyd edək ki, 24 yaşlı amerikalı futbolçu 2020-ci ildən İtaliya klubunun üzvüdür. O, bu ilin qışında "Lids"ə keçib.
Röya