Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Fichajes": "Mançester Siti" "Selta"nın futbolçusu Qabriel Veyqanı heyətinə qatmağı planlaşdırır. "Şəhərlilər" ispaniyalı futbolçu üçün tələb olunan 40 milyon avro ödəməyə hazırdır.
Daha öncə "Real Madrid"in də Veyqaya elçi düşdüyü bildirilirdi. Futbolçu özü də "Santyaqo Bernabeu" da oynamaq arzusunda idi. Lakin madridlilər "Selta"nın tələb etdiyi məbləği ödəmək niyyətində deyil.
"Sport": "Nyukasl" "Barselona"nın müdafiəçisi Andreas Kristianın xidmətində maraqlıdır. Ancaq Danimarka millisinin üzvü hələ mövsümün əvvəlindən "Çelsi"nin diqqətini çəkib. Kristian "Kamp Nou"nu tərk etmək istəməsə də, maliyyə məsələsi ilə bağlı sıxıntılar yaşayan Kataloniya klubunun futbolçunu satacağı gözlənilir.
"Footmercato": "Fiorentina"nın lideri Sofyan Amrabat gələn yay klubunu tərk etməyi planlaşdırır. Mərakeş millisinin üzvü özü "Barselona"ya keçmək arzusundadır. Ancaq hazırda Sofyanla La Liqadan "Atletiko Madrid" maraqlanır.
Röya