Fransa Futbol Federasiyasının (FFF) Hakimlər Komissiyası Liqa-1 hakimlərinə yazılı xəbərdarlıq edib.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, məktubda Ramazan ayında keçirilən oyunlarda müsəlman futbolçuların oruclarını açması üçün fasilələrin qadağan edildiyi diqqətə çatdırılıb.
Səbəb kimi hakimlərin matçları saxlamasının FFF-nin nizamnaməsi ilə uyğun gəlməməsi göstərilib və qaydaları pozanların məsuliyyətə cəlb olunacağı bildirilib.
Nihat