"Atletiko Madrid"in qapıçısı Yan Oblak "Mançester Yunayted"in diqqətini cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
"Qırmızı şeytanlar"ın qolkiperi David de Xea klubu ilə müqaviləni hələ yeniləməyib. Bu səbəbdən İPL təmsilçisi yeni qapıçı axtarışındadır.
"Mançester Yunayted" 30 yaşlı sloveniyalını De Xeanın yerinə ideal namizəd hesab edir.
Röya