"İnter" qapıçısı Samir Handanoviç ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, klub rəhbərliyi qolkiperlə müqaviləni uzatmaq fikrindədir.
Məlumatı "Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, 38 yaşlı qapıçıya yeni sözləşmə təklif olunacaq. Ancaq anlaşmaya əsasən, Samirin maaşı iki dəfə azalacaq.
Qeyd edək ki, sloveniyalı futbolçu 2012-ci ildən "İnter"də çıxış edir.
Röya