Rusiyanın "Nijni Novqorod" klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Artyom Qorlov bu gün baş məşqçi vəzifəsindən azad edilib. Klub artıq yeni baş məşqçinin adını açıqlayıb. Komandanın "sükan"ı sonuncu iş yeri “Ximki” olan, vaxtilə Azərbaycanın "Simurq" klubunu çalışdırmış Sergey Yurana tapşırılıb.
Premyer Liqanın 21-ci turundan sonra "Nijni Novqorod" 19 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Mirağa