"Sevilya"nın və Mərakeş millisinin qapıçısı Yassin Bunu bu qış Avropa nəhənglərindən birindən təklif alsa da, Əndəlüs təmsilçisində qalmağı üstün tutub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.
Xəbərə görə, "Bayern" sözügedən qolkiperi ağır zədə alan Manuel Noyerin əvəzinə heyətə qatmaq istəyib və rədd cavabı alıb. Mənbə Yassinin Sevilyada özünü xoşbəxt saydığını, eyni zamanda ailəsi bu şəhəri sevdiyi üçün almanlara "yox" dediyini vurğulayıb. Mərkeşli "çərçivə" qoruyucusunun təklifdən imtinasından bir neçə gün sonra "Bayern"in Mönhenqladbax "Borussiya"sının isveçrəli qapıçısı Yan Zommeri rənglərinə bağladığı bildirilib.
Nihat