"Çelsi"nin sabiq yarımmüdafiəçisi Qustavo Poyet London təmsilçisinin ukraynalı vingeri Mixail Mudrikin Eden Hazarın davamçısı olacağını deyib.
Fanat.Az xəbər verir ki, "Evening Standart" onun sözlərini belə çatdırıb:
"Mudrik çox sürətli, enerjili futbolçudur. Bu, istənilən anda vəziyyəti dəyişə bilən oyunçu tipidir. Mudrik gələcəkdə Hazarın "Çelsi"də gördüyü işi görəcək. Potensialı böyükdür.
Əlbəttə, əksər hallarda klublar qışda bu sayda oyunçu transfer etmirlər. "Çelsi"nin qış transferləri mənim üçün sözün əsl mənasında, böyük sürpriz oldu. Ancaq kimlərin heyətə cəlb edildiyinə baxsaq, gələcək üçün nəzərdə tutulduqlarını anlayarıq".
Nihat