Azərbaycan Premyer Liqasının son turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sumqayıt" (2:3) 42-ci dəqiqəsində xəsarət alaraq Turan Vəlizadə ilə əvəzlənən Piruzi Marakvelidzenin son vəziyyətinə aydınlıq gəlib.
Tovuzluların sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, gürcü yarımmüdafiəçi 10 gün yaşıl meydanlardan kənarda qalacaq.
Bu isə o deməkdir ki, Piruzi həftəsonu "Şamaxı" ilə ev oyununda "bozqurdlar"a kömək edə bilməyəcək.
Nihat