"Barselona" "Borussiya Dortmund"un futbolçusuna elçi düşüb.
Fanat.Az xəbər verir ki, söhbət müdafiəçi Toma Menyedən gedir.
Məlumatı "Sport" yayıb. Kataloniya təmsilçisi yay transfer pəncərəsi dönəmində keçidi reallaşdırmağı planlaşdırır.
"Barselona"nın rəhbərliyi və baş məşqçisi Xavi 31 yaşlı belçikalı futbolçunun heyranıdır. Ancaq almanların tələb etdiyi məbləğ La Liqa klubunun xəyallarını puç edə bilər. Belə ki, "Borussiya Dortmund" Toma üçün 15 milyon avro tələb edir.
Röya