"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında keçirdiyi oyun sayına görə 3-cü pilləyə yüksəlib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı futbolçu buna İPL-in 8-ci turundan təxirə salınmış oyunda "Liverpul"a qarşı mübarizə apararaq (0:0) nail olub.
Bu görüş Milnerin 610-cu çempionat matçı kimi yadda qalıb. Nəticədə, Ceyms Frenk Lempardı (609) geridə qoyub.
Qeyd edək ki, çempionatda ən çox oynayanların siyahısında "Aston Villa", "Everton", "Mançester Siti" kimi klublarda top qovmuş Qaret Barri (653) 1-ci, "Mançester Yunayted"in sabiq Rayan Giqqz (632) 2-ci yerədir.
Nihat