"Osimhen hazırda dünyanın ən yaxşı hücumçusudur. O, hətta Holanddan da güclüdür".
Fanat.Az xəbər verir ki, bu sözləri "AreaNapoli"yə açıqlamasında "Napoli"nin nigeriyalı forvardı Viktor Osimhenin agenti Andrea Damiko deyib.
Damiko müştərisinin gələcək taleyi barədə suallara mövsümün sonunda aydınlıq gələcəyini bildirib: "Viktor gələn mövsümə harada başlaya bilər? Məncə, bizim İngiltərədən təkliflər almaq baxımından problemimiz olmayacaq. Bütün transfer qərarları isə mövsüm yekunlaşandan sonra veriləcək. PSJ variantını da siyahıdan silməyək. Onları hücum xəttində ciddi itkilər gözləyir. Fikrimcə, "İnter Mayami" variantı Messinin ürəyincədir. Hərçənd dediyimə o qədər də əmin deyiləm. Bu, mənim subyektiv fikrimdir".
Qeyd edək ki, cari mövsüm "Napoli" forması ilə bütün turnirlərdə 29 matça çıxan 24 yaşlı Osimhen 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat