Avstraliya ilə birgə DÇ-2023-ə ev sahibliyi edəcək Yeni Zelandiya qadın millisi mundial öncəsi yoldaşlıq görüşünə yeni formada çıxacaq.
Fanat.Az xəbər verir ki, forma dəyişikliyi qeyri-adi səbəblə əlaqələndirilib.
Yeni Zelandiya ənənəvi ağ rəngli şortikdən imtina edib ki, bu dəyişiklik menstruasiya narahatlığı azaltmaq kimi qiymətləndirilib. Bu haqda federasiyanın rəsmi açıqlamasında izahat verilib: “Qara və mavi şortiklər, yəni ağ rəngdən imtina qadınlar üçün fantastikdir. Bu, yalnız qadın futbolçuların deyil, qadın idmançıların da qarşılaşmalı olduğu bir şeydir.
Yeni Zelandiya komandasına sponsorluq edən "Nike" qadın futbolçuların özlərini daha qorunan hiss etmələrinə kömək üçün şorta suya davamlı material daxil edəcək. dövründə.
Rəng dəyişikliyi iyulun 20-dən avqustun 20-dək baş tutacaq dünya çempionatının təşkilatçıları tərəfindən dəstəklənib.
Mirağa