İngiltərə Premyer Liqasının 3 klubu "Napoli"nin müdafiəçisi Kim Min Çjeyə elçi düşüblər.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, cənubi koreyalı futbolçu "Mançester Yunayted", "Liverpul" və "Tottenhem"in maraq dairəsindədir. Klublar bu yay onu transfer etməyə çalışacaqlar.
Kim ötən mövsümü "Fənərbağça"da keçirsə də, cari mövsüm A Seriyada çıxış etməsi onun qiymətini artırıb.
Hazırda Kim Min Çjeni heyətinə cəlb etmək istəyən klub "Napoli"yə 40 milyon avro ödəməlidir.
Röya