Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Daily Mirror": "Liverpul" "Brayton"un yarımmüdafiəçisi Moyzes Kaysedoya elçi düşüb. "Mersisaydlılar" 21 yaşlı futbolçunu bu yay heyətinə qatmağı planlaşdırır. Ancaq Kaysedo uğrunda "Arsenal" və "Çelsi" də mübarizə aparacaq. Hələ yanvarda hər iki London təmsilçisi gənc futbolçu üçün 80 milyon avro təklif etmişdi. Lakin "Brayton" bu təklifləri geri çevirmişdi.
Ekvador millisinin üzvü ilə cari sözləşmə 2027-ci ilin yayına qədərdir.
"Football Insider" isə qeyd edir ki, "Liverpul" "Lester"in yarımmüdafiəçisi Yuri Tilemansı da gözaltı edib. Belçika millisinin 25 yaşlı üzvü yayda azad agent olacaq.
İnsayder Fabritsio Romano: "Çelsi" futbolçusu Nqolo Kante ilə bağlı qərar verib. London təmsilçisi 8 aydır çətin günlər keçidən fransalı yarımmüdafiəçi ilə vidalaşmayacaq. Klub 32 yaşlı təcrübəli oyunçu ilə yeni müqavilə bağlamağı planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Röya