16:07 07.04.2023 910

Debütant MLS-də necə lider oldu?

Hələ Şimali Amerikada futbol və ya özlərinin təbirincə desək, “sokker” o qədər də sevilmədiyi vaxtlarda "Sent Luis" öz futbol mədəniyyəti və sevgisi ilə digərlərindən çox seçilirdi.

ABŞ yığması üçün debut mundialında - 1950-ci ildə keçirilən dünya çempionatda amerikalılar ingilisləri 1:0 hesabı ilə məğlub etmişdilər. Həmin görüşdə ABŞ millisinin start heyətində 5 “Sent Luis”li futbolçu var idi.  

1980-ci illərdə futzal komandası olan "Sent Luis Stimers" 4 il ard-arda, NHL-də çıxış edən və müntəzəm olaraq Stenli Kubokunda mübarizə aparan "Sent Luis Bluz" komandasının oyunlarından daha çox azarkeşi öz matçlarına cəlb etməyi bacarmışdı.

Son onilliklərdə yetişdirdiyi beynəlxalq dərəcəli futbolçulara nəzər yetirsək, "Sent Luis"in zəngin futbol ənənələrinin olduğunu anlayarıq.

Bunların sırasında Teylor Tvelman, Stiv Ralston, Vedat İbişeviç, DÇ-2022-də ABŞ millisinin və İngiltərə Premyer Liqasında "Fulhem"in heyətində 35 yaşı olmasına baxmayaraq, gözəl futbolu ilə gözlərimizin pasını silən Tim Rimin adını çəkə bilərik. Hərçənd siyahı bununla yekunlaşmır.  2018-2021-ci illər aralığında "Verder Bremen"in, hazırda isə "Norviç Siti"nin formasını geyinən Сoş Serjant, "Siatl Saunder" forması ilə MLS və KONKAKAF Kubokunun qalibi olmuş Villiyam Bruyin, "Neşvil" kulubunun qapıçısı Co Villisi də unutmayaq. Elə "Sent Luis"in öz yetirməsi olan və ötən həftə klub tarixinin MLS-dəki ilk oyununda debüt edən 17 yaşlı Migel Peres də bu bölgənin hansı futbol mədəniyyətinə və irsinə məxsus olduğunun göstəricisidir.

Debüt sezonunda şübhəsiz, bir çox sent luislilər öz komandalarından tarixi mövsüm gözləyirlər.

Debütant açılış həftəsində rəqib meydanda "Austin"i 3:2 həsabı ilə yenərək MLS tarixindəki ilk qələbəsini qazanandan sonra öz meydanında, 22500 nəfər azarkeş tutumuna malik "Sitipark" stadionunda "Şarlot"u yenməyi bacardı - 3:1. Bununlada "Sent Luis Siti" MLS-dəki ilk iki oyunundan 6 xalla ayrıldı.

"Sent Luis" bununla kifayətlənmədi. Daha sonra "Portlend Timbers"i səfərdə üstələyən (1-2) Bredli Karnellin yetirmələri "doğma divarlar arası"nda "San Xose"yə də şans vermədi. Brazilyalı futbolcu Joao Klausun 2 qol ilə ulduzlaşdığı oyunda, "Real Solt Leyk"in qapısından 4 cavabsız top keçirən Sent Luis təmsilçisi MLS tarixində ilk 5 matçında qalib gələn 3-cü fraşiza komandası olaraq tarixə düşdü.

Belçikadan transfer olunan Joao Klaus isə ilk 5 oyununda 6 dəfə fərqlənərək bombardirlər siyahısında ilk pilləyə yüksəldi. Maraqlıdır ki, sözügedən "sambaçı" komandasının ilk 5 həftədə vurduğu 15 qolun yarısından çoxuna imza atıb.

Keçən həftə "Minesota Yunayted" minimal hesablı zəfərlə debütantın 5 oyunluq qələbə seriyasına son qoysa da, 15 xal toplayan "Sent Luis"in turnir cədvəlinin zirvəsindəki mövqeyi dəyişmədi.

"Sent Luis Siti" sezona başladığı kimi davam etmeyi bacarsa, MLS-ə rənq qatacağı danılmazdır.

Bəlkə də haqqında danışdığımız komanda ilk mövsümündə MLS-dəki mübarizəni kubok və ya kuboklarla bitirəcək, debüt sezonunda tarix yazmağı bacaracaq.

Vüsal Həsənov


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 Dekabr 2023
01:59

“Yuventus”dan növbəti qələbə

01:42

“Köln”ə bir qol bəs etdi

01:40

Hüseynovlu “Arda” yenə evdə uduzdu

01:21

Ozan Canlı “Eyndhoven” səfərdə xal itirdi

01:03

Renatsız “Hatayspor” evdə xal itirdi

00:45

Azərbaycan güləşçilərindən DÇ-də 5 medal

00:21

“Vacib qələbə qazanmağı bacardıq” - Əsgərov

01 Dekabr 2023
23:59

Millimiz B Liqasına vəsiqə qazandı

23:32

Diniyev hesabı açdı, komandası qalib gəldi

23:25

“Xəzri” çempionatın vahid lideri oldu

23:06

“Murov”dan çətin qələbə

22:47

Konfrans Liqası: Həftənin oyunçusu açıqlandı

22:28

Yusuf Fransa klubunun tarixinə düşdü

22:09

Avroliqada ən yaxşı bəlli oldu

21:43

“Bayer” 29 il sonra rekordunu təkrarladı

21:17

Əvəzedicilərin yarışında 15-ci turun təyinatları açıqlandı

20:41

“Qarabağ” – “Qəbələ” matçının hakimləri müəyyənləşdi

20:12

ÇL-də həftənin ən yaxşısı bəlli oldu

19:45

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

19:16

Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı

18:47

“Sumqayıt”ın Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib

18:19

Azərbaycanlı basketbolçunun inkişafı yüksək qiymətləndirildi

17:54

Renat Dadaşov "Antalyaspor"a qarşı oynaya bilməyəcək - SƏBƏB

17:37

"Məhv olmuşam, indi çox hirsliyəm" - "Qarabağ"a 2 qol vuran futbolçu

17:22

"Sumqayıt" "Turan Tovuz"la matça 4 itki ilə çıxacaq - Abasov da cəzalıdır

17:05

"Real"ın hücumçusu Messi ilə insident yaşaması barədə sualı belə cavablandırdı

16:48

Daha 2 güləşçimiz dünya çempionatında medal qazandı

16:31

"Ştutqart"ın qolçusu bu qış İngiltərə nəhənginə keçə bilər

16:14

Dünyanın ən güclü oyunçusu kimdir? - Holand yeddincidir

15:55

"Turan Tovuz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

15:37

"Onana qələbələri heç-heçələrə, heç-heçələri isə məğlubiyyətə çevirir"

15:20

Maldini Benzemanın klubuna gedir - AÇIQLAMA

15:02

Həsənli kritik vəziyyətdə Bakıya çatdırıldı, əməliyyat olundu

14:56

Bakı klubundan anlamlı jest

14:39

"Roma" Mourinyunun postunu ona tapşıracaq

14:22

Klopp darmadağını dəyərləndirdi

14:05

Mudrikin rus sevgilisi ukraynalılara müraciət etdi

13:47

"Molde" bizdən yaxşı oynadı" - Aslan Kərimov

13:31

"Liverpul" 4-cü dəfə bunu bacardı

13:14

Qazaxıstan klubu rus məşqçiylə anlaşdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X