"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes İngiltərə Premyer Liqasına uyğunlaşma prosesinin necə getdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "zadəganlar"ın bu qış "Benfika"dan transfer etdiyi argentinalı fikirlərini formasını geyindiyi klubun mətbuat xidmətinə bölüşüb:
"İPL çox çətin liqadır. Bura daha çox topla oynadığım Portuqaliya çempionatından gəlmişəm. İngiltərədə isə mübarizə daha çox fiziki gücə, sürətə hesablanıb. Yavaş-yavaş uyğunlaşıram. Başa düşürəm ki, bu, müəyyən qədər vaxt aparacaq. Komanda yoldaşlarımın və məşqçilərimizin dəstəyini də nəzərə alsaq, adaptasiya prosesi daha tez yekunlaşacaq".
Qeyd edək ki, Fernandes "Çelsi" forması ilə bütün turnirlərdə 11 oyuna çıxaraq 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat