Müqavilə ilə PSJ-yə məxsus olan, icarə əsasında "Qalatasaray"da çıxış edən Mauro İkardi İstanbul nəhəngində qalmaq istədiyini deyib.
Fanat.Az xəbər verir ki, "TNT Sports Argentina" onun dediklərini belə çatdırıb:
"İstambulda qalmağı sözün əsl mənasında, istəyirəm. PSJ-də dünyanın ən yaxşı futbolçuları ilə eyni komandada oynasam da, özüm haqqında heç nə eşitməmiməm. Bura daha maraqlıdır".
Qeyd edək ki, cari mövsüm "Qalatasaray" forması ilə 17 matça çıxan İkardi 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. İcarə müqaviləsi cari mövsümün sonuna qədər olan cənubu amerikalının anlaşmasında Tükiyə klubuna daimi əsasda transferi nəzərdə tutulmayıb. Mauronun PSJ ilə sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Nihat