“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji “Sent Etyen”in heyətində növbəti dəfə fərqlənib.
Fanat.Az xəbər verir ki, Fransa Liqa-2-də çıxış edən “Sent Etyen” səfərdə “Parij” ilə qarşılaşıb.
Vadjinin komandası görüşdən 4:2 qalib ayrılıb ki, 85 dəqiqə meydanda qalan seneqallı hücumçu qələbədə əsas pay sahiblərindən olub. O, 1-ci dəqiqədə vurduğu qolla hesabı erkən açıb, 2-ci qolda isə məhsuldar ötürmə müəllifi olub.
Beləliklə, Vadji vurduğu qolların sayını 9-a çatdırıb. O, daha iki dəfə fərqlənsə, "Qarabağ"dakı rekordunu təkrarlayacaq. Seneqallı bir mövsümdə ən çox məhz "Qarabağ"da (11) qol vurub.
Son 9 matçda uduzmayan (6 qələbə, 3 heç-heçə) "Sent Etyen" hazırda 30 turda topladığı 39 xalla 11-ci pillədə qərarlaşıb.
Mirağa