Argentinalı futbolçu Rodriqo de Paul "Atletiko Madrid"dən ayrılmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Yarımmüdafiəçi özünü başqa çempionatda sınamağa hazırlaşır.
Argentina millisinin heyətində dünya çempionu olan de Paulun karyerasını İngiltərə və İtaliyada davam etdirmək variantları var. Konkret, “Tottenhem”, “Liverpul”, “Yuventus” və “İnter” onu tranfer etməyə iddialıdır.
28 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Onun transfer qiyməti 40 milyon avrodur.
Mirağa