"Yuventus" "Valensiya"nın müdafiəçisini bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət Xose Luis Qayadan gedir.
Məlumatı "Calciomercato" yayıb. Xəbərə görə, "Qoca sinyora" 27 yaşlı ispaniyalını yayda heyətinə qatmağı planlaşdırır.
Müdafiənin sol cinahını gücləndirmək niyyətində olan baş məşqçi Massimiliano Alleqri Qayani ideal variant hesab edir.
Qeyd edək ki, Xose Luis Qaya ötən ilin oktyabr ayında "Valensiya" ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalayıb.
Röya