İngiltərə Premyer Liqa klubu "Lester"də yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə Din Smitlə anlaşdıqlarını açıqlayıb.
Onunla mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atılıb.
İstefaya göndərilən Brendan Rocersi əvəz edəcək Din daha əvvəl “Aston Villa” və “Brentford”u, bu mövsüm isə “Norviç”i çalışdırıb.
Din Smitin məşqçilər korpusuna "Çelsi"nin əfsanəsi və İngiltərə millisinin müdafiəçisi Con Terri daxil ediləcək.
Mirağa