Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Football Insider": "Tottenhem" "Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeşə elçi düşüb. Klub mərakeşli futbolçunu gələn yay transfer etməyi planlaşdırır. Əsas heyətdə az oyun vaxtı qazanan futbolçunu "Çelsi" rəhbərliyi 20 milyon funt sterlinqə satmaqa hazırdır.
"Calciomercatoweb": "İnter"in futbolçusu Nikolo Barella karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 26 yaşlı italiyalı yarımmüdafiəçi "Çelsi" və "Liverpul"un hədəfindədir. A Seriyası təmsilçisinin futbolçu üçün ən azı 50 milyon avro tələb edəcəyi gözlənilir.
Rəsmi: “Lester”in yeni baş məşqçisi bəlli olub. İngiltərə klubu Din Smitə həvalə olunub. 52 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. “Çelsi”nin sabiq futbolçusu Con Terri məşqçilər korpusunda yer alacaq.
Röya