"Real Madrid"in bu yay sıralarına cəlb etmək istədiyi futbolçulardan birinin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.
Xəbərə görə, İspaniya nəhəngi "RB Leyptsiq"in 24 yaşlı yarımmüdafiəçisi Daniel Olmonu rənglərinə bağlamaqda maraqlıdır. Mənbə "Real" rəhbərliyinin Almaniya təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq Danieli münasib qiymətə transfer etməyi hədəflədiyini vurğulayıb. Olmonun özünün də "RB Leyptsiq"in cari mövsüm ortaya qoyduğu performansdan narazı olduğu və komandanı tərk etməyi uyğun variant saydığı bildirilib.
Qeyd edək ki, Olmo İspaniya millisinin də üzvüdür.
Nihat