"Çelsi" müdafiəçisi Ben Çiluell ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı ingiltərəli futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ben 2020-ci ildə "Lester"dən 60 milyon avroya transfer edilib. O, London klubunun heyətində 80 matç keçirib və 2021-ci ildə Çempionlar Liqasının qalibi olub.
Röya