"İnter"in hücumçusu Romelu Lukaku Çempionlar Liqasının 1/4 finalının ilk oyunları çərçivəsində keçirilən matçda "Benfika" üzərində qazandıqları qələbəni (2:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, belçikalı ulduz fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Penalti yerinə yetirərkən fikrini cəmləmək vacib şərtdir. Penalti vurmağa hazırlaşarkən komanda yoldaşlarımı belə, dinləmirəm. Ağıllı oynadıq. Daha çox qol vura bilərdik. Ancaq belə güclü komandaya qarşı oyundan 2:0 hesablı qələbə ilə ayrılmaq əla nəticədir".
Xatırladaq ki, sözügedən görüşün 51-ci dəqiqəsində Nikolo Barella hesabı açıb. Matçın 82-ci dəqiqəsində isə Lukaku penaltini dəqiq yerinə yetirirək komandasının yarımfinala adlamaq şasnlarını bir qədər də artırıb.
Nihat