"Sevilya"nın keçmiş baş məşqçisi Xorxe Sampaoli İngiltərə Premyer Liqasında çalışa bilər.
Fanat.Az xəbər verir ki, 63 yaşlı argentinalı mütəxəssis "Nottingem Forest"in baş məşqçisi ola bilər.
Məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, İPL təmsilçisi çalışdırıcısı Stiv Kuperi göndərməyi planlaşdırır. Onun postuna isə 1 ay öncə işindən ayrılan Sampaolinin gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, "Nottingem Forest" son 9 oyunda qələbə üzünə həsrət qalıb.
Röya