İsveçli futbolçu Jesper Byorkman ciddi bir xəstəlikdən - amiotrofik yanal sklerozdan (ALS) əziyyət çəkir.
Fanat.Az xəbər verir ki, bu barədə 30 müdafiəçi özü "Helsingborgs Dagblad"a danışıb.
Byorkman ötən ilin dekabrında bu xəstəliyə düçar olub. "Gefle"nin sabiq futbolçusu əvvəlcə sol qolunda zəiflik hiss etdi və bunu əvvəllər körpücük sümüyünün zədələnməsi ilə əlaqələndirib. Onurğa beyninin müayinəsi zamanı ALS diaqnozu qoyulub. Bu xəstəlik sağalmazdır və onun daşıyıcıları simptomların başlanmasından iki-beş il ərzində dünyasını dəyişirlər.
Byorkman bu barədə belə deyib: "Xəstə olduğumu elan edəndə dəhşətli idi. Çox ağladım, ölümcül xəstə olduğumu qəbul edə bilmədim. Psixoloqda olmuşam. Necə olduğumu soruşanlara cavab vermək mənim üçün çətindir. Daim stress keçirirəm. Sanki kabusun içindəyəm. Onunla yaşamağı öyrənməliyəm. Çətin də olsa, gündəlik həyatıma davam edirəm. Arzularımı həyata keçirməyə çalışıram”.
Mirağa