İspaniya məhkəməsi "Monako"nun hücumçusu Vissam Ben-Yedderə hökm oxuyub.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, forvard "Sevilya"da çıxış edərkən vergidən yayındığı üçün 6 aylıq şərti həbs cəzası alıb.
Bundan başqa, Ben-Yedder 133 min avro cərimə də ödəməlidir.
Qeyd edək ki, İspaniyada 2 ilə qədər nəzərdə tutulan həbs cəzaları adətən şərti işlə əvəz olunur.
Nihat