"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante gələcək karyerası ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Le Parisien" yayıb.
Məlumatın futbolçuya yaxın mənbədən alındığı, "Arsenal" və "Tottenhem"in səylərinə rəğmən, onun "zadəganlar"ı tərk etməyə hazırlaşmadığı bildirilib. Cari mövsümün sonunda "Çelsi" ilə müqavləsinin müddəti başa çatacaq Kantenin yaxın vaxtlarda klubu ilə anlaşma yeniləyəcəyi vurğulanıb.
Qeyd edək ki, 32 yaşlı Nqolo 2016-cı ildən "Çelsi"dədir.
Nihat