"Bayern Münhen" "Mançester Siti" ilə oyundan sonra paltardəyişmə otağında Leroy Sanenin yumruqla ağzını partladan Sadio Mane ilə bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, Almaniya təmsilçisi seneqallı hücumçunu komandadan göndərməyəcək.
Məlumatı "Sport1"in əməkdaşı Kerri Xay yayıb.
Klub rəhbərliyi futbolçu üçün bəzi cəza variantları nəzərdən keçirsə də, sonda onun komandada qalmasına qərar verilib.
"Sky Sports" qeyd edir ki, Mane ilə Sane də öz aralarında anlaşılmazlığı həll edib və bir-birilərindən üzr istəyiblər. Ən pis halda Mane cərimə ediləcək.
Röya