"Real Madrid" yarımmüdafiəçisi Luka Modriç ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, La Liqa təmsilçisi xorvatiyalı futbolçunu heyətində saxlayacaq.
Məlumatı "Marca" yayıb. Xəbərə görə, 37 yaşlı futbolçu gələn mövsüm də kral klubunun uğurları üçün tər tökəcək.
Modriç isə karyerasını elə "Santyaqo Bernabeu"da başa vurmaq niyyətindədir.
Qeyd edək ki, təcrübəli futbolçu 2012-ci ildən "Real Madrid"də çıxış edir. O, 307 oyunda meydana çıxıb və 25 qola imza atıb.
Röya