İngiltərənin "Brayton" klubunun yarımmüdafiəçisi Aleksis Makallister mövsümün sonunda klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, bunu futbolçunun atası Karlos Makallister "90min"-ə açıqlamasında deyib.
“Düşünürəm ki, o, növbəti transfer pəncərəsində klubunu dəyişəcək. Onun konkret olaraq hara gedəcəyini hələ bilmirik. Ümumiyyətlə, danışıqlar yeni başlayıb. Çox güman ki, Aleksis iyuldan başqa komandada oynayacaq”.
Argentinalı futbolçu ilə “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”un ciddi maraqlandığı bildirilir. “Brayton” son dünya çempionunun satışından 60 milyon avrodan çox gəlir əldə etməyi düşünür.
Mirağa