"Çelsi"nin baş məşqçisi Frenk Lempard bu mövsüm hədəflərindən uzaq düşən "zadəganlar"ın imicinin zəifləməsi ilə bağlı suala cavab verib.
Fanat.Az-ın məlumatına görə, "Evening Standard" sabiq yarımmüdafiəçinin dediklərini belə çatdırıb:
"Başqalarının haqqımızda nə düşündüyü məni maraqlandırmır. Klubun əvvəlki sahibi Roman Abramoviçin "Çelsi"dəki ilk illərində fikrimcə, hamının bizdən zəhləsi gedirdi. Ancaq biz qələbələri sıralayırdıq. Yəni bu gün kimin bizim kluba necə münasibət göstərməsini ciddiyə almamalıyıq. Komanda olmağa çalışmalı, birlikdə uğurlar qazanmağı qarşımıza məqsəd qoymalıyıq. İndiki anda bu işin öhdəsindən gəlməmişik".
Xatırladaq ki, "Çelsi" rəhbərliyi bu mövsüm iki mütəxəssislə vidalaşıb. Öncə Tomas Tuxel istefaya göndərilibsə, ardından onun yerini tutmuş Qrem Potterlə yollar ayrılıb.
Nihat