"Real Madrid" "Vilyarreal"ın hücumçusu Samuel Çukvueze ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "El Caso" yayıb.
“Kral” klubu onu gələn yay komandadan ayrılacaq Marko Asensioya alternativ hesab edir. Çukvuezenin sərbəst qalma məbləği 80 milyon avrodur.
Samuel bu mövsüm İspaniya çempionatında 28 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa