"Napoli"nin müdafiəçisi Juan Jezus "Milan"la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, təcrübəli müdafiəçi bu barədə UEFA-ya danışıb:
“Ən yaxşı keyfiyyətlərimizi göstərməyimizi gözləyirəm. A Seriyasında onlardan 22 xal aralıyıq. Bu mərhələyə niyə gəldiyimizi bilirik və bacardıqca yaxşı oynamağa çalışacağıq. "Milan" Leau, Jiru və Brahim Diazdan ibarət güclü hücum xəttinə malikdir. Biz topa sahib olmalıyıq və onların əks-hücumları zamanı diqqətli olmalıyıq. Topa sahib olsaq, onlar heç nə edə bilməyəcəklər".
"Napoli" - "Milan" matçı bu gecə saat 23:00-da başlayacaq. İlk görüş “rossonerilərin” 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mirağa