Ramin Nəsirlinin ardından "Turan Tovuz"un əvəzedici komandasında çıxış edən Nazim Həsənzadənin də Latviyanın "Dauqavpils" klubuna qoşulduğundan xəbərdarsınız.
20 yaşlı yarımmüdafiəçi "Neftçi"nin icarəyə verdiyi Nəsirlidən fərqli olaraq Latviya çempionatının 6-cı turunda - "Riqa" ilə ev oyununda (1:1) ehtiyatda qalsa da, qarşıdakı görüşlərdə forma şansı qazanmaq ehtimalı yüksəkdir.
Nazimlə əlaqə saxlayıb Latviya təəssüratlarını bölüşməsini istədik. Onun Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Dauqavpils"ə keçməkdə məqsədim özümü legioner kimi sınamaqdır. Burada hər oyunu skautlar oyunları izləyir. Fikrimcə, mənim üçün Latviyadan Avropanın digər klublarına keçid daha asan ola bilər. Çempionat matçlarının tempi yetərincə yaxşıdı. Demək olar ki, hər klubda çoxlu sayda gənc oyunçular var və bu da oyunların yaxşı tempdə keçməsinə şərait yaradır. Mən buranı tramplin kimi görürəm. İstəyirəm ki, burada özümü yaxşı tərəfdən göstərib daha güclü klublara keçim. Əsas hədəflərimdən biri də "artırmaq" və Azərbaycanı Avropada layiqincə təmsil edəcək səviyyəyə çatmaqdır".
Nihat