İspaniyanın "Atletik" klubunda mövsümün sonunda müqaviləsi bitəcək yeddi futbolçunun gələcəyinə böyük ölçüdə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Bilbao təmsilçisi heyətdə köklü dəyişiklik etməyə hazırlaşır.
İnformasiyanı "Mundo Deportivo" yayıb.
Geniş siyahı qapıçı Ander İrudan, müdafiəçilər İniqo Lekue, Oskar de Markos, Mikel Balenziaga, İniqo Martinez, yarımmüdafiəçi Oyer Zarraqa və hücumçu Raul Qarsiadan ibarətdir.
Mirağa