PSJ-nin braziliyalı ulduzu Neymarın komandasının sıralarına nə vaxt qayıdacağı açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Le Parisien" yayıb.
Xəbərə görə, hazırda vətənində olan "sambaçı" bu ayın sonunda PSJ-nin düşərgəsinə qayıdaraq növbəti mövsümə hazırlaşacaq.
Qeyd edək ki, daha öncə Paris klubu diz bağlarından ciddi xəsarət alan cənubi amerikalı forvardın cari mövsüm meydana çıxa bilməyəcəyini təsdiqləyib.
Nihat