"Barselona" cinah hücumçusu Rafinyanın davranışından narazıdır.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Fernando Polo məlumat yayıb.
Mənbənin iddiasına görə, futbolçu əvəzlənərkən buna çox emosional reaksiya verir və onun reaksiyası həmişə ictimaiyyətin diqqət mərkəzinə düşür. Analoji hal artıq bir neçə dəfə baş verib. Onun davranışı klub rəhbərliyinin xoşuna gəlmir.
Kataloniyalılar braziliyalını yayda sata biləcəyi futbolçular siyahısına daxil ediblər.
Mirağa