Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu daha bir ulduz futbolçuya elçi düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Rudi Qaletti yayıb.
Xəbərə görə, “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər. İtaliyada heç də yaxşı mövsüm keçirməyən 30 yaşlı fransızın keçidi baş tutarsa, yarımmüdafiəçi ən son İngiltərədə "Mançester Yunayted"də oynadığı Ronaldu ilə yenidən birgə çıxış edəcək.
Pol Poqbanın "Yuventus"la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. "Transfermarkt" oyunçuya 20 milyon avro qiymət qoyub.
Mirağa