Dünən Çempionlar Liqasında "Çelsi"ni mübarizədən kənarlaşdıran "Real Madrid" son 13 mövsümdə 11 dəfə Çempionlar Liqasının 1/2 finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, bu, hər iki qarşılaşmada "Çelsi" üzərində 2:0 hesablı qələbəyə sevinən Karlo Ançelottinin ÇL-də 9-cu yarımfinalı olacaq.
İtaliyalı mütəxəssis mütləq rekordçuya - "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolaya çatıb. Lakin evdə "Bayern Münhen"i 3:0 hesabı ilə yenən "şəhərlilər"in bu gün Almaniya nəhəngi ilə ÇL-in 1/4 finalının cavab matçına çıxacağını nəzərə alsaq, ispanın yenidən yarımfinala adlayaraq mütləq rekordçu ünvanını geri qaytarmaq ehtimalı yüksəkdir.
Nihat