Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato": "Bayern Münhen" "Yuventus"un vingeri Federiko Kyezaya elçi düşüb. Bundesliqa təmsilçisi 25 yaşlı italiyalı futbolçunu Leroy Saneyə əvəzedici olaraq görür.
Kyezanın transfer qiymətinin 40 milyon avro olduğu bildirilir. Onun klubu ilə sözləşməsi 2025-ci ilin iyun ayında başa çatır. Bir müddət zədədən əziyyət çəkən futbolçu cari mövsüm 21 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Football Insider": "Mançester Yunayted" "Monako"nun müdafiəçisi Aksel Disasinin heyətinə qatmaqda israrlıdır. "Qırmızı şeytanlar" fransalı futbolçu üçün 45 milyon avro ödəməyə hazıdır.
İnsayder Pol Braun: "Arsenal" "Vest Hem"in kapitanı Deklan Raysı heyətinə qatmağı planlaşdırır. "Topçular" İngiltərə millisinin yarımmüdafiəçisi üçün 90 milyon avro ödəməyə hazırdır.
Röya