Əzələ zədəsi üzündən "Mançester Yunayted"in bir neçə oyununu buraxan Markus Raşfordun son vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən "Manchester Evening News" qəzetinin əməkdaşı Riç Fey yayıb.
Xəbərə görə, Raşford artıq kollektiv məşqlərə start verib. Mənbə Tirell Malasia, Marsel Zabitser və Lük Şounun da artıq komanda ilə birlikdə çalışdığını vurğulayıb.
Qeyd edək ki, MY sabah "Sevilya" ilə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununa çıxacaq. Tərəflərin ilk dueli 2:2 hesablı bərabərliklə başa çatıb.
Nihat