İtaliyanın "Milan" klubu komandanın əsas qapıçısı Mik Menyanla yeni anlaşma imzalamaqda israrlıdır və tərəflər bu yöndə danışıqları davam etdirir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, digər klubların 27 yaşlı qolkiperə olan marağını nəzərə alan "rossoner"lər onun illik maaşının artırılmasına razıdır. Mənbə hazırda hər mövsüm üçün 3 milyon avro qazanan fransalı oyunçunun yeni sözləşmədən sonra ildə 5 milyon avro gəlir ədə edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Menyanın indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat